Berti Foqts Azərbaycan milli komandasına daha iki futbolçu çağırıb
25.08.2008 - 10:41
Berti Foqts Azərbaycan milli komandasına daha iki futbolçu çağırıb
“Olimpik” klubunun müdafiəçisi U.Nduka milli komandanın heyətində avqustun 20-də İslandiyaya qarşı səfər matçına aparılsa da, zədə ucbatından meydançaya çıxmamışdı. Artıq zədəsi sağalan nigeriyalı futbolçu yenidən yığmaya dəvət alıb. L.Qomeş isə ilk dəfə “Olimpik”in üzvü kimi ölkəmizin əsas komandasına çağırılıb. Yığmada son oyununu 2007-ci il noyabrın 11-də Bakıda Belçikaya qarşı keçirmiş braziliyalı hücumçu 9 aylıq fasilənin ardından növbəti dəfə milli komandanın formasını geyinə bilər. Beləliklə, İranla yoldaşlıq görüşü ərəfəsində B.Foqtsun sərəncamında 20 futbolçu olacaq.
Qeyd edək ki, Tehranın “Azadi” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
0