Ölüm sevinməsin qoy...
26.09.2008 - 17:17
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İdman tamaşaçılara sevinc və zövq bəxş etsə də, bəzi hallarda idmançıların həyatı üçün müəyyən dərəcədə təhlükəlidir. “APA-Sport”un hesablamalarına görə, son 60 ildə yüzlərlə idmançı müxtəlif səbəblərdən faciə ilə üzləşib. Onlardan bəziləri meydanlarda, bəziləri isə kənarda dünyasını dəyişsə də, bu idmançıların itkisi ətrafdakıları sarsıdıb. Xüsusilə də, idman ictimaiyyəti bu faciələrə həssaslıqla yanaşıb. Son 60 ilə təsadüf edən faciələrin xronologiyasına nəzər salmaq maraqlı olardı.
Dünya hokkeyinin əfsanələrindən biri olan rusiyalı Valeri Xarlamovun ölümündə məşqçilərinin günahı olmasa da, onları bəlkə də qınamağa dəyər. 1981-ci ildə karyerasını bitirməyə qərar verən idmançı Kanada kubokundan sonra “klyuşka” ilə vidalaşacağını açıqladı. Lakin həmin turnirə yollanan SSRİ yığmasında Xarlamova yer tapılmadı. Məşqçilər bunu funksional hazırlıqsızlığı ilə izah etsələr də, hokkeyçini vətəndə əcəli saxlayıbmış. Şəxsi “Volqa”sında bağdan qayıdan dahinin sükan arxasında oturan xanımı İrina idarəçiliyi itirən kimi avtomobil yük maşını ilə toqquşub. Hokkeyçinin maşınından sağ adam çıxmadı. 2008-ci ildə Beynəlxalq Hokkey Federasiyası bu idman növünün tarixinin rəmzi yığmasını tərtib edərkən Xarlamov da “altılıq”da yer aldı.
On il sonraya təsadüf edən avtomobil qəzası daha bir istedadın həyatına son qoydu. MOİK-in qapıçısı Mixail Yeryomin SSRİ kubokunu qazanandan cəmi 9 saat sonra qəzaya düşüb. Altı gün komada qalan Yeryomin 24 yaşında dünyasını dəyişib. 2001-ci ildə MOİK daha bir qapıçısını Sergey Perxunu da itirib. “Anji” ilə matçın gedişində Budun Budunovla toqquşan qapıçı kəllə-beyin sistemindən ciddi xəsarət alır. Əvvəl Mahaçqala, sonra Moskva xəstəxanasında 10 gün reanimasiyalarda keçirən futbolçunun həyatını xilas etmək mümkün olmayıb. 2005-ci ildə vətəni Ukraynada – Dnepropetrovskda onun heykəli ucaldılıb.
İki il əvvəl “Ximki”nin basketbolçusu Aleksandr Petrenko da faciəvi qəzada vəfat edib. Öz “Hammeri”ndə Samara-Orenburq marşrutu ilə hərəkət edən istedad gözlənilmədən qarşısına çıxan “KamAZ”la toqquşub. Təxminən 10 metr məsafəyə uçan cipin sahibi və onunla maşında olan xanımı və valideynləri də dünyasını dəyişib. Faciədə olanlardan yalnız Petrenkonun 8 yaşlı qızına sağ qalmaq qismət olub.
Qəzalarla yanaşı, idmançılar ani ölüm üzündən də faciə yaşayıb. Belə halları araşdıran təhqiqatçılar 158 hadisədən 24-nün (15 faizinin) ürəklə bağlı problemdən öldüyünü müəyyənləşdirib. Bu idmançıların 68 faizi basketbol (47 nəfər) və futbolun (45 faiz) payına düşür. Onlardan 78-i məşq, 43-ü yarış zamanı və ya az sonra faciə yaşayıb. Belə halların 63 faizi saat 15-21 aralığına təsadüf edib.
1995-ci ildə fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Sergey Qrinkov buz üstündə dünyasını dəyişib. ABŞ-ın Leyk-Plesid şəhərində məşq edərkən yıxılıb. Xanımı, eyni zamanda partnyoru olan Yekaterina Qordeyevanı qaldırarkən özünü pis hiss edib buzun üstünə düşən Sergeyi özünü yetirən həkimlər də xilas edə bilməyib. Onun son sözləri “halım pisdir” olub. Həkimlər onun bütün qüvvəsini idmana həsr etdiyini hələ faciədən neçə il əvvəl də demişdi.
Mark Vivyen Foenin faciəsi isə kameraların obyektivi önündə baş verib. Beş il əvvəl Konfederasiyalar Kubokunun yarımfinalında keçirilən Kolumbiya – Kamerun oyununda ürək dayanmasından yerə yıxılan afrikalı xəstəxanaya çatdırılsa da, özünə gəlməyib. Məhz Foenin ölümü FİFA-ya yönələn ittihamlara təkan verib. Futbolçuları istismara görə tənqid olunan qurum oyunçuların ildə 60-70 matça çıxmasında günahkar sayılırdı.
Növbəti faciə Portuqaliyada yaşanıb. Dörd il əvvəl keçirilən “Vitoriya” – “Benfika” matçının gedişində meydana çıxan macarıstanlı Mikloş Feher üçün bu görüş sonuncu olub. 60-cı dəqiqədə oyundaşını əvəzləyən macar qol ötürməsi verib, aldığı sarı vərəqəni təbəssümlə qarşılayıb və birdən yıxılıb. Xəstəxanada keçinən Feherin qəbri üstə gəlib ölkə kubokunu qazanmağı söz verən “Benfika” oyunçuları vədlərinə əməl etməklə, mərhumun ruhunu şad edib. Rəhbərlik isə onun geydiyi 29 nömrəni əbədiləşdirib.
Ötən ilin avqustunda baş verən faciə isə İspaniyada qeydə alınıb. Ölkə çempionatının ilk turunda keçirilən “Sevilya” – “Xetafe” görüşündə meydan sahibləri şok yaşayıb. Matçın startından 30 dəqiqə sonra Antonio Puerta gözlənilmədən qazona düşüb. Komanda yoldaşlarının köməyi ilə ayağa qalxan futbolçu meydanı öz gücünə tərk edə bilib. Soyunub-geyinmə otağında daha bir infarkt keçirən Puerta xəstəxanada daha 6 dəfə belə hal yaşayıb. Sonuncu infarkt elə vaxt yaşanıb ki, artıq hamı problemin həll olunduğunu düşünürmüş. Perspektivli oyunçunun ölümündən sonra şokda olan komandası bir neçə oyun məğlubiyyətlərdən qaça bilməyib.
İdmançılar təkcə meydanlarda deyil, gündəlik həyatda da ölümlə üz-üzə qalır. Tiflis “Dinamo”sunun futbolçuları Teymuraz Stenaniya və Vitali Daraseliya, Çexoslovakiya fiqurlu konkisürəni Hana Maşkoavnı belələrinə aid etmək olar. Topla hokkey üzrə dünya çempionu Yevgeni Paladnyanı dava-dalaş vaxtı bıçaqla qətlə yetiriblər. Konkisürmədə 4 qat dünya çempionu İnqa Artamonovanı isə elə bu idman növü ilə məşğul olan əri öldürüb. Moskva “Dinamo”sunun futbolçusu Yevgeni Kojemyakin isə liftdə qalıb. Xarab olan liftdən çıxmağa çalışan idmançını birdən hərəkətə düşən qurğu sıxaraq öldürüb. Boksçu Valeri Polençenko isə pilləkəndən yıxılıb ki, yerə dəyən başından ölümcül zədə alıb. SSRİ yığmasının futbolçusu Valeri Voronin isə sərxoşluqdan ölüb.
Ayrı-ayrı idmançıların deyil bütün komandaların faciəvi şəkildə dünyasını dəyişməsi də ictimaiyyəti şoka salıb. 1948-ci ildə SSRİ-nin HHQ hokkey komandası, 10 il sonra isə İngiltərənin məşhur “Mançester Yunayted” futbol komandasının uçduğu təyyarə qəzaya uğrayıb. Mançesterlilərin demək olar ki, bütün heyəti dünyasını dəyişib. Bundan 9 il əvvəl isə İtaliyanın həmin dövr üçün ən güclü komandası olan “Torino” futbolçularını aparan təyyarə kilsəyə dəyərək qəzaya uğrayıb. 1961-ci ildə Çilinin “Qrin kross”, 1968-ci ildə isə Boliviyanın “Stronqest” komandası təyyarə qəzasının qurbanına çevrilib.
29 il əvvəl dispetçerlərin səhvi üzündən iki SSRİ təyyarəsi toqquşub ki, onlardan birinin apardığı “Paxtakor” futbolçuları üçün bu səfər sonuncu olub. Yerdən 8 kilometr yüksəklikdəki toqquşan “TU-134”dən insanın sağ çıxması isə yalnız fantastika olardı. 1987-ci ildə isə Perunun “Alyans” klubu aviaqəzaya uğrayıb.
Amerika futbolunun ulduzlarından olan Pit Telmen qisas hissinin qurbanı olub. “Əl-Qaidə”nin ABŞ-dakı terror hərəkətlərindən dəhşətə gələn idmançı futbolla vidalaşıb. “Kolorado Kardinals” komandasını tərk edən idmançı digər klubların milyonlar vəd edən təkliflərini geri çevirərək orduya yazılıb. Əfqanıstanda xidmət edən Pit 2004-cü ildə hərbçi kimi dünyasını dəyişib.
Məşhur İtaliya velosipedçisi Marko Pantaninin sonuna isə kokain çıxıb. 2004-cü ildə Rimini şəhərinin otellərinin birində tapılan cəsədin yarılması nəticəsində məlum olub ki, idmançı narkotikdən zəhərlənib. 1998-ci ildə “Tur de Frans” və “Ciro d’İtaliya” yürüşlərinin qalibi olan “dağlar kralı”nın beyin və ağciyərlərini kokain sıradan çıxarıbmış.
Rusiya velosipedçisi Yuliya Arustamovanın meyiti isə ötən il öz evində tapılıb. Moskvadakı evində boynundan asılan idmançının özünü qətlə yetirildiyi bildirilir. Lakin bunun əsl səbəbləri indiyədək sirr kimi qalıb. Onun 68 yaşlı idman psixoloqu olan ərinin dindirilməsi də heç nəyə aydınlıq gətirməyib.
1972-ci ilin Münhen Olimpiadasında idmançılar siyasətin qurbanı olub. Ərəb terrorçuları israilli idmançıları girov götürərək əvvəl ikisini, daha sonra vertolyotu partlatmaqla doqquzunu qətlə yetirib.
Azərbaycan idmanına gəlincə, futbolçulardan İlham Qəmbərov, Vurğun Quliyev və vaxtilə milli komandamızın şərəfini qorumuş dağıstanlı legioner İbrahim Həsənbəyov avtomobil qəzasında həlak olublar.
Otüstü hokkey yığmamızın 22 yaşlı qapıçısı Vizay Məmmədov bu ilin yayında intihara əl atıb.
Ötənlərin məşhur futbolçusu Rəşid Özbəyov saunada ürək çatışmazlığından həyatını itirdi.
...Yaxşı deyiblər ki, ölüm gözlə qaş arasındadır. Böyük idmanın böyük faciələrindən ibarət siyahını uzatmaq da olardı. Çünki dünyada, o cümlədən Azərbaycanda həyatını faciəli şəkildə başa vuran, gözlənilmədən dünyasını dəyişən idmançılar çoxdur. Allah rəhmət eləsin!

0
0