“Xəzər-Lənkəran”la oyun ağır oldu”
17.06.2010 - 10:12
“Etiraf edim ki, “Xəzər-Lənkəran”la oyun ağır oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Sergey Krivtsov deyib.
Ukrayna təmsilçisinin 19 yaşlı müdafiəçisi “Xəzər-Lənkəran”la yoxlama oyunundakı 2:0 hesablı qələbənin heç də asan əldə olunmadığını düşünür. Klubunun rəsmi internet saytına açıqlamasında Krivtsov matçla bağlı fikirlərini bildirib: “Kollektiv yeni olduğundan futbolçular arasında anlaşmanın yoxluğu hiss olunurdu. Lakin bu çatışmazlıq düzələn problemdir. Qarşıdakı məşqlərdə və yoxlama oyunlarında bunu aradan qaldıracağıq. Lakin “Xəzər-Lənkəran”la matçı hələ təhlil edəcəyik”.
Qeyd edək ki, Krivtsov “Şaxtyor”a bu yay Zaporojyenin “Metallurq” klubundan keçib.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0