Xanım azarkeş tribunada soyundu - VİDEO
03.12.2010 - 18:15
Xanım azarkeş tribunada soyundu - VİDEO
Futbol üzrə Meksika çempionatında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Santos Laquna” və “Monterrey” komandaları arasında oyun zamanı xanım azarkeşlərdən biri qalmaqal yaradıb.

Daha doğrusu, komandasının çılğın azarkeşi olan gözəlçə birdən-birə maykasını yuxarı qaldırıb. Sinəsini hamıya nümayiş etdirən gözəlin bunu futbolçular yoxsa, azarkeşlər üçün etdiyi müəmmalı qalıb. Lakin mühafizə xidmətinin əməkdaşları yarımçılpaq xanımın yaxınlıqda əyləşən azarkeşlərin diqqətinin futboldan yayınmasına göz yuma bilməyiblər.

Onlar gözəlçəni stadionun tribunalarını tərk etməyə məcbur ediblər. O, isə arenanı tərk edərkən də gözəlliyini tamaşaçılara nümayiş etdirməkdə davam edib və yalnız stadiondan çıxdıqdan sonra geyinib.
0