Futbolçu hakimin tumanını çıxardı - VİDEO
28.12.2010 - 16:49
Futbolçu hakimin tumanını çıxardı - VİDEO
Braziliya futbolunda qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Rio-de-Janeyroda keçirilən oyun zamanı Karlos Alberto hakimin tumanını əynindən çıxarıb. Referinin qərarından narazı olan futbolçu onu soyundurduğu üçün cəzasız qalıb.

Məsələ ondadır ki, bu hadisə ulduzların iştirakı ilə keçirilən yoldaşlıq oyununda yaşanıb. “Zikonun dostları” ilə “Tulionun dostları”nın qarşılaşmasında sonuncuların şərəfini qoruyan Karlos 6:8 hesablı məğlubiyyətə üzülüb. O, matç ərzində 2 qol da vurub.
0