Yenə onlar
31.01.2013 - 13:08
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Azərbaycan milli komandası da Avro-2015-ə gedən yolda Portuqaliya, İsrail, Makedoniya və Norveçlə eyni qrupda yarışacaq.
Apasport.az saytının məlumatına görə, yığmamız bu komandaların hamısı ilə 2-ci dəfə eyni qrupda mübarizə aparacaq. Belə ki, 4 rəqibin hər biri əvvəllər 1 seçmə mərhələdə yığmamızla görüşüb.
Avro-1996-da israillilər, Avro-2000-da portuqaliyalılarla üz-üzə gələn yığmamız rəqiblərinin hərəsinə 2 dəfə uduzmuşdu. Avro-2002-də isə millimiz tarix yazdı. Komandamız ilk dəfə eyni rəqibdən 6 xal aldı ki, bu da indi qarşılaşacağımız Makedoniya millisi idi. Həmin vaxt son qələbən sonra millimiz tilsimlənərək uzun illər qələbəyə də həsrət qaldı. Ötən tsikldə isə indiki rəqibimiz Norveç yığmamızdan 6 xal qopardı.
15.11.1994 Azərbaycan – İsrail 1:2
10.10.1995 İsrail – Azərbaycan 4:0
25.03.1999 Portuqaliya – Azərbaycan 5:0
02.09.1999 Azərbaycan - Portuqaliya 0:2
06.10.2000 Makedoniya - Azərbaycan 1:2
04.09.2001 Azərbaycan - Makedoniya 1:0
06.10.2011 Azərbaycan – Norveç 0:2 01.06.2012 Norveç - Azərbaycan 1:0

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0