Rekordçu Azərbaycan millisinə qarşı oynamayacaq
05.02.2013 - 10:00
Sabah Azərbaycan milli komandası ilə yoxlama oyunu keçirəcək Lixtenşteyn yığması ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, cırtdan ölkə təmsilçisi 4 aparıcı futbolçusunun xidmətindən məhrum olub.
Bunlar Mario Frik, Martin Ştoklaza, İv Oehri və Sandro Vizerdir. Millidə 106 oyuna 16 qol vuran Frik hər 2 göstəricidə yığmasının rekordçusudur. Ştoklaza isə yığmada 104 matça çıxmaqla 2-ci göstəriciyə malikdir. Bu futbolçular yığma ilə BƏƏ-nin Dubay şəhərinə yola düşməyiblər.
Onların əvəzinə yığmaya 3 futbolçu çağırılıb. Müəyyən milli təcrübəsinə malik Lukas Eberle “Baltsers”in şərəfini qoruyur. “Şaan”da çıxış edən Seyhan Yıldız və Burak Eriş isə əsas yığmanın debütantlarıdır. Türk əsilli futbolçular əvvəllər U-21-də çıxış edib.
Qeyd edək ki, sabah Dubayda baş tutacaq Azərbaycan – Lixtenşteyn matçı saat 18:00-da başlayacaq.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0