Rəqibimiz “5”lə gəlir
05.02.2013 - 14:03
Sabah Azərbaycan milli komandası ilə yoxlama oyunu keçirəcək Lixtenşteyn yığması bu matça uğursuzluq zolağı ilə çıxır. Apasport.az saytının məlumatına görə, cırtdan ölkə təmsilçisi ardıcıl 5 matçdır ki, məğlubiyyətləri sıralayır. Özü də lixtenşteynlilər son 4 qarşılaşmada qola da həsrət qalıblar.
Ötən il avqustun 14-də Andorranı yoldaşlıq oyununda 1:0 hesabı ilə məğlub edən rəqibimiz həmin vaxtdan uduza-uduza gedir. Bosniya və Herseqovinaya 1:8 hesabı ilə məğlub olan “cırtdanlar” ardında Slovakiya, Litva və Latviyaya eyni – 0:2, ən sonda isə Maltaya 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, ötən il avqustun 15-də son qələbəsini qazanan Azərbaycan yığması da 5 oyundur qalib gəlmir. Lakin bu müddətdə millimiz 3 heç-heçə edib.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0