Arda üçün 3 müştəri - Özü də getmək istəyir
18.02.2025 - 22:53

"Real"da ayrılıq yaşana bilər.
Apasport.az xəbər verir ki, Arda Gülerin komandanı tərk etmək ehtimalı var.
Yarımmüdafiəçi forma şansının azlığından narazıdır.
O, daimi oynaya biləcəyi bir kluba icarə əsasında yollanmaq istəyir. Türkiyəli gənc ulduz DÇ-2026-ya hazır formada getmək niyyətindədir.
Arda ilə PSJ, "Liverpul" və "Bayer" yaxından maraqlanır.
Qeyd edək ki, Güler 2023-cu ildən "Real"ın şərəfini qoruyur.
1
0