"Fənərbaxça"nın futbolçusu "Zenit"də - RƏSMİ
18.02.2025 - 21:49

"Zenit" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Rusiya təmsilçisi "Fənərbaxça"nın futbolçusu Oqnyen Mimoviçi icarəyə götürüb.
Bunu Sankt-Peterburq klubunun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi yeni klubunda 70 nömrəli formanı geyinəcək. İcarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm 19 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
1
0