“Liverpul” “Nottingem Forest”in üzvü Elliot Andersonla maraqlanır.
Apasport.az xəbər verir ki, futbolçunun özü “Mançester Yunayted”ə keçməyə üstünlük verir.
23 yaşlı yarımmüdafiəçi Ruben Amorimin rəhbərliyi altında oynamaq istəyir.
Bu barədə “TEAMtalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, Anderson “qırmızı şeytanlar”ın əsas transfer hədəflərindən biridir.
“Nottingem Forest” oyunçu üçün 120 milyon funt tələb edir, lakin “Mançester Yunayted” rəhbərliyi transferin 60 milyon funt qarşılığında baş tuta biləcəyinə inanır.
Qeyd edək ki, Elliot Anderson 2024-cü ilin yayında “Nyukasl”dan “Nottingem Forest”ə keçib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.