Mahirin komanda yoldaşı İngiltərə komandasında - rəsmi
03.02.2025 - 19:58
İngiltərənin "Brayton" klubu yeni hücumçu transfer edib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Nürnberq"də çıxış edən Stefanos Tsimasın keçidini həll edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Brayton" yunan futbolçu üçün Almaniya klubuna 25 milyon avro təzminat ödəyib.
19 yaşlı forvard mövsümün sonuna kimi hazırkı komandasında qalacaq.
Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Nürnberq"də Stefanos Tsimaska birlikdə çıxış edirdi.
0
0