“Milan”ın uğursuzluğu davam edir: 11 cəhddə 1 dəfə
18.02.2025 - 23:51

"Milan" Çempionlar Liqasının 1/8 finalına yüksələ bilməyib.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi pley-off mərhələsində mübarizəni dayandırıb.
Serxio Konseysaonun yetirmələri "Feyenoord"la bacarmayıblar - 0:1, 1:1.
Son 11 mövsüm ərzində "rossonerilər" yalnız bir dəfə 1/8 finala yüksələ bilib. Bu, 2022/23 mövsümündə baş verib. Həmin sezon komanda yarımfinala qədər irəliləyib.
Qeyd edək ki, "Milan" 7 dəfə Çempionlar Liqasının qalibi olub.
0
0