Norveç millisinin üzvü A Seriyasında - RƏSMİ
17.01.2026 - 14:35
İtaliya A Seriyası təmsilçisi "Bolonya" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Brann" forması geyinən Eyvind Hellandı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, İtaliya təmsilçisi 20 yaşlı müdafiəçi üçün qarşı tərəfə 8,5 milyon avro ödəyib. Norveç millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Helland bu mövsüm "Brann"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 assistlə yadda qalıb.
0
0