Suares üçün yeni müqavilə
17.12.2025 - 12:23
Uruqvaylı hücumçu Luis Suares “İnter Mayami” ilə müqaviləsini uzatmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Tərəflər arasında danışıqlar son mərhələdədir. 39 yaşlı hücumçunun müqaviləsi 1 il müddətinə artırılıb.
Suares ötən mövsümdə 50 oyunda 17 qol vurub, 17 məhsuldar ötürmə edib.
0
0