“Yuventus”dan tarixi qələbə: 8 ildən sonra ilk dəfə
13.01.2026 - 09:48
“Yuventus”dan tarixi qələbə: 8 ildən sonra ilk dəfə

İtaliya çempionatında XX turunun son oyunları çərçivəsində Turin təmsilçisi “Yuventus” doğma meydanda “Kremonese”ni darmadağın edib. Görüş “qoca sinyora”nın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Apasport.az xəbər verir ki, “Yuventus” sonuncu dəfə İtaliya çempionatında beş və ya daha çox qol vurmağı 8 il əvvəl bacarıb.

Bu hadisə 4 fevral 2018-ci ildə qeydə alınıb. Həmin vaxt Turin klubu “Sassuolo”nu 7:0 hesabı ilə məğlub etmişdi.

İtaliya çempionatının növbəti turunda “Yuventus” səfərdə “Kalyari” ilə qarşılaşacaq. Görüş yanvarın 17-də keçiriləcək.

Hazırda Luçano Spallettinin rəhbərlik etdiyi komanda Seriya A-nın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.