“Türk raketi”
21.06.2008 - 12:00
“Atalar üçdən deyib” söyləyərək, Avstriya və İsveçrəyə yola çıxan baş məşqçi Fatih Terim və yetirmələri məhz üçüncü cəhddə qitə birinciliyinin dörd ən güclüsü arasına daxil olmağı bacardılar. 1996-cı ildə qrupda qalan, bundan dörd il sonra ¼ finaladək irəliləyən qardaş ölkə milliləri artıq bir addım da öndədirlər.
2002-ci il dünya çempionatında 3-cü yeri tutan Türkiyə millisinin bu dəfəki uğuru heç də az əhəmiyyət daşımır. Əslində, mundialı qitə birinciliyindən “Avropa, üstəgəl Braziliya və Argentina” formulundan başqa demək olar ki, heç nə fərqləndirmir. Cənubi amerikalıların nəyə qadir olduqlarını isə 2006-cı il dünya çempionatında hamı gördü. Həmin vaxt yarımfinala vəsiqə qazanan dörd komandanın hamısı Avropa təmsilçisi idi. Qitə birinciliyi mübarizənin gərginliyi, əzmkarlıq, ədalətli hakimlik və digər faktorlarda da dünya çempionatından geri qalmır. Hətta bəzi hallarda üstələyir də! 2002-ci il dünya çempionatında Cənubi Koreyanın hansı yollarla yarımfinala vəsiqə qazandığını, qrup mərhələsində Türkiyənin Braziliyaya necə uduzdurulduğunu yəqin ki, hamı xatırlayır. Hələ mən 1998-ci il mundialının finalında Braziliyanın hansı səbəbdən Fransaya biabırçı hesabla yenildiyini demirəm.
Düzdür, “köhnə qitə”də də hərdən belə xoşagəlməz halları müşahidə edirik. Elə 2004-cü ildə İtaliyanı qrupda saxlamaq üçün İsveç və Danimarkanın danışılmış oyuna çıxması uzun müddət müzakirə predmeti oldu. Amma hazırkı yarışda Hollandiya belə halın baş verməsinə imkan vermədi. Halbuki, istəsəydi, Rumıniyaya məğlub olaraq, “uf” demədən “buzovlar ölkəsi”ni mübarizədən kənarda qoya bilərdi. İndiyədək qrup mərhələsində çox nadir hallarda bir komanda hər üç görüşünü qələbə ilə başa vurub. Amma hazırkı turnirdə 4 qrupdan 3-də liderlər 9 xal topladı.
Kifayət qədər maraqlı alınan oyunlara Türkiyə yığmasının qatdığı rəng daha cəlbedicidir. Bu gün “ay-ulduzlular”ı son dəqiqələrin Avropa çempionu adlandıran böyük britaniyalı həmkarlarımız heç də yanılmırlar. İsveçrə və Çexiya üzərində son anda qazanılan qələbələr azarkeşlərə böyük həyəcan yaşatmaq bahasına başa gəldi. Amma bu qələbələr həm də bir türk xarakteri, bir türk döyüşkənliyini ortaya qoydu. Qrup mərhələsində yaşanan bu həyəcanın ¼ finalda da davam etməsi müşahidə edilənlərin həqiqətən türklərə xas xüsusiyyətlərdən olduğunu təsdiqlədi. Xorvatiya ilə matçın əlavə vaxtının başa çatmasına cəmi bir dəqiqə qalmış “ay-ulduzlular” qapılarında qol gördülər. Lakin türk futbolçular heç də sınmadılar. Məhz qol epizodunda səhvə yol verən qapıçı Rüştü Rəcbərin uzun ötürməsindən sonra Semih Şəntürk xorvatiyalıların sevincini yarıda qoydu. Şoka düşən baş məşqçi Slaven Biliç və yetirmələri penaltilər seriyasında uğursuzluğa düçar oldular.
Qarşıda “ay-ulduzlular”ı finala vəsiqə uğrunda Almaniya ilə amansız mübarizə gözləyir. Artıq Tuncay Şanlı, Arda Turan, Əmrə Aşık və Volkan Dəmirəlin iyunun 25-də keçiriləcək oyunu cəza üzündən buraxacağı dəqiqdir. Amma almaniyalıları qrup mərhələsində məğlub edən xorvatiyalılara qarşı da türklərin böyük itkilərlə çıxdığını unutmayaq. Baş məşqçi Fatih Terimin yetirmələrinə aşıladığı türk xarakteri yenə həlledici rol oynaya bilər.
Futbol mütəxəssisləri və şərhçiləri arasında “alman maşını” ifadəsi geniş yayılıb. Bunu almaniyalıların gözəl maşın istehsalçısı olmaqla yanaşı, həm də son anadək mübarizə apardıqları üçün deyirlər. Lakin hazırkı qitə birinciliyində sanki “alman maşını”nın mühərriki “yatıb”. Qollarının çoxunu standart vəziyyətlərdən vuran Almaniya yığması artıq praqmatik futbola üstünlük verir. Sonadək mübarizə aparmaq qabiliyyətini isə məhz türklər ortaya qoyur. Bu qədər inadkarlığa hətta “alman maşın”ının mühərriki dözməz...
Hazırda Türkiyə yığmasının oyunu raketi xatırladır, özü də peykə uçan raketi...

0
0