Fərid Qayıbov bu vəzifədən də uzaqlaşdırıldı
18.02.2025 - 15:01

Xəbər verdiyimiz kimi, Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
Apasport.az xəbər verir ki, iclasda İcraiyyə Komitəsinin üzvləri seçilib. Gənclər və idman naziri Fərid Qayıbov yeni siyahıda yer almayıb.
O, daha öncəki seçkidə vitse-prezident seçilmişdi.
Qayıbovu bu postda güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.
Qeyd edək ki, bundan öncə Fərid Qayıbov III MDB Oyunlarının Təşkilat Komitəsinin sədrliyindən sədr müavinliyinə təyin edilmişdi.
- Füzuli Məmmədov: “Kollektivdə qələbə hissi dirçəldi” - MÜSAHİBƏ
- "Qarabağ"ın futbolçusu Allahverdi Bağırovun məzarını ziyarət edib - FOTO
- “Neftçi” – “Sumqayıt” matçının hakimləri bəlli olub
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"
- Milli komandamız kimə tapşırılır? - AFFA iclas edəcək
0
0