"Neftçi"nin futbolçusu zədələnib: 1 ay oynamayacaq
05.01.2026 - 10:19
"Neftçi"nin futbolçusu zədələnib: 1 ay oynamayacaq

"Neftçi”nin futbolçusu Sessi D Almeyda zədələnib.

Apasport.az xəbər verir ki, Benin yığmasının düşərgəsində olan yarımmüdafiəçi Afrika Millətlər Kubokunda Botsvana ilə matçda xəsarət alıb.

Sessi bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Beninli futbolçu bu mövsüm Premyer Liqada 11 oyuna çıxıb.