
Misli Premyer Liqasında VI turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Şamaxı" doğma meydanda Naxçıvan təmsilçisi "Araz"ı qəbul edəcək.
Elmar Baxşıyevin yetirmələri azarkeşlərinə son turda "Qarabağ"a qarşı alınan 0:5 hesablı məğlubiyyəti unutdurmağa çalışacaq.
Ayxan Abbasovun komandası da son turda 1:2-lik "Zirə" məğlubiyyətinin acığını muxtar respublika təmsilçisindən çıxmaq istəyir.
Oyunun start fiti saat 15:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
15:30. "Şamaxı" - "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı. Şəhər stadionu.