Seçməmiz yarımfinalda mübarizəni dayandırdı
07.06.2026 - 20:20
Seçməmiz yarımfinalda mübarizəni dayandırdı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun yarımfinal mərhələsində məğlub olub.

Apasport.az xəbər verir ki, qarşılaşma rəqibin minimal qələbəsi ilə bitib - 19:18.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ABŞ seçməsi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.