DÇ-26: İngiltərə fərqi artırdı - YENİLƏNİR
18.06.2026 - 01:49
DÇ-26: İngiltərə fərqi artırdı - YENİLƏNİR

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Apasport.az xəbər verir ki, L qrupunda İngiltərə millisi Xorvatiya ilə qarşılaşır. 

Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 00:00-da start verilib.

İngilislər görüşə qolla başlayıblar. Modriçin cərimə meydançasında Maduekeyə qarşı kobud oyunu penaltiyə səbəb olub. 10-cu dəqiqədə topun arxasına keçən Harri Keynin zərbəsini Livakoviç dəf etsə də, hakim Kleman Turpen xorvatiyalı qapıçının zərbə anında qapı xəttini tərk etdiyini müəyyənləşdirib. Bu səbəbdən 11 metrlik cərimə zərbəsi təkrarlanıb. Yenidən topun arxasına keçən Keyn bu dəfə fürsəti boşa verməyib – 1:0. 

36-cı dəqiqədə xorvatlar hesabı bərabərləşdirib. Martin Baturina qarşısıalınmaz zərbəylə topu Cordan Pikfordun qoruduğu qapıdan keçirib: 1:1.

Bu qoldan 6 dəqiqə sonra İngiltərə yenidən hesabda önə keçib. Deklan Raysın yerinə yetirdiyi küncdən zərbədən sonra Harri Keyn topu başla qapıdan keçirib: 2:1.

İlk hissənin son saniyəsində Xorvatiya yenidən hesabda tarazlığı bərpa edib. Perişiçin ötürməsindən sonra Petar Musa birinci yarının nəticəsini təyin edib: 2:2.

İngiltərə millisi ikinci hissəyə də qolla başlayıb. Sağ cinahdan topla cərimə meydançasına daxil olan Cud Bellingem topu qapının uzaq küncünə göndərib: 3:2

84-cü dəqiqədə İngiltərə hesab arasındakı fərqi 2-yə çatdırıb. Bu dəfə Markus Reşford fərqlənib. 

DÇ-2026
L qrupu
18 iyun

00:00. İngiltərə – Xorvatiya 4:2

Qol: H. Keyn, 12, 42, M. Baturina, 36, P. Musa, 45+5, C. Bellingem, 47, M. Reşford, 84

İngiltərə: Pikford, Ceyms, Konsa, Stounz, O’Rayli, Anderson, Rays, Madueke, Bellinqem, Qordon, Keyn.

Xorvatiya: Livakoviç, Stanişiç, Qvardiol, Şutalo, Perişiç, Modriç, Baturina, Paşaliç, P. Suçiç, Vuškoviç, Musa.