"Fənərbaxça" və "Qalatasaray"ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb
18.02.2025 - 15:22
"Fənərbaxça" və "Qalatasaray"ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Fənərbaxça" və "Qalatasaray" ın oyunlarını idarə edəcək hakimlər bəlli olub.

"Qalatasaray" - "AZ Alkmaar" matçının hakimi

Apasport.az xəbər verir ki, "Qalatasaray" - "AZ Alkmaar" qarşılaşmasını ingilis hakim Antoni Taylor idarə edəcək. 

"Qalatasaray" - "AZ Alkmaar" qarşılaşması nə vaxtdır? 

Görüş fevralın 20-də Bakı vaxtilə saat 21:45-də start götürəcək. 

"AZ Alkmaar" - "Qalatasaray" görüşünün nəticəsi

"AZ Alkmaar" - "Qalatasaray" matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. 

"Anderlext" - "Fənərbaxça" matçının hakimi

"Anderlext" - "Fənərbaxça" görüşü isveçrəli hakim Sandro Şarerə həvalə edilib. 

"Anderlext" - "Fənərbaxça" qarşılaşması nə zamandır? 

"Fənərbaxça"nın "Anderlext"lə matçının cavab görüşü fevralın 20-də Bakı vaxtilə saat 00:00-da start götürəcək. 

"Fənərbaxça" - "Anderlext" görüşünün nəticəsi

Qeyd edək ki, Ülkər stadionunda baş tutan "Fənərbaxça" - "Anderlext" matçı ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.