
Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız D qrupunda səfərdə Fransa ilə qarşılaşacaq.
“Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Norveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
DÇ-2026
Seçmə mərhələ, III tur
22:45. Fransa – Azərbaycan
“Park de Prens”, Paris
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen
Dördüncü hakim: Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad