"Sabah"dan darmadağın - YENİLƏNİB
31.07.2025 - 21:55
"Sabah"dan darmadağın - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" növbəti görüşünə çıxıb.

Komanda Moldova "Petrokub"unu qəbul edib. Matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 4:1.

Təmsilçimiz ilk görüşdə də 2:0 hesablı qələbə qazanmışdı.

"Sabah" Avropa Liqasının II təsnifat mərhələsinin “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) duelinin məğlubu ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab görüşü
20:00. "Sabah" - "Petrokub" 4:1

Qol: C. Mikels 22, 28, 44, Steve Solvet 42, Şafranko 47