Voleybolçularımız EEVZA çempionatının pley-offunda
01.07.2025 - 16:48
Voleybolçularımız EEVZA çempionatının pley-offunda

Latviyanın Tsesis şəhərində çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatına start verilib. 

Apasport.az xəbər verir ki, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığmalarının mübarizə apardığı yarışda Azərbaycan iki qız və bir oğlan komandası ilə təmsil olunur.

İbrahim Məmmədov - Muhəmməd Aslanlı cütlüyü qrup mərhələsində Latviya və Estoniya millilərini 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə rəqibimiz Litva komandası olacaq.

Qızlardan ibarət yığmalarımız isə qrup mərhələsində mübarizəni dayandırıblar.

Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutacaq komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.