"Adana Demirspor" Şahruddinlə bağlı qərarını verib
29.04.2024 - 15:40
!["Adana Demirspor" Şahruddinlə bağlı qərarını verib](https://ww3.apasport.az/storage/news/2024/april/29/big/662f844854a4b662f844854a4c1714390088662f844854a49662f844854a4a.jpg)
Türkiyə Superliqa təmsilçisi "Adana Demirspor" Azərbaycan milli komandasının qolkiperi Şahruddin Məhəmmədəliyevi komandada saxlamaq istəyir.
Apasport.az saytına verilən məlumata görə, Adana təmsilçisi millimizin qapıçısının müqavilə müddətini artırmağı planlaşdırır.
Belə ki, 2025-ci il iyunun 30-da müqaviləsi başa çatacaq Məhəmmədəliyevə yeni 1 illik müqavilə təklif ediləcək.
Azərbaycan millisinin qapıçısı isə seçimi ilə bağlı yayda düşünəcək və yeni mövsümə harada başlayacağına qərar verəcək.
0
0