"Səbail" Türkiyəyə yollandı
05.07.2024 - 14:36
!["Səbail" Türkiyəyə yollandı](https://ww3.apasport.az/storage/news/2024/july/05/big/6687cb17d2e766687cb17d2e7717201753836687cb17d2e746687cb17d2e75.jpg)
"Səbail" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Apasport.az xəbər verir ki, iyunun 27-də Bakıda bir araya gələn Şahin Diniyevin komandası toplanışın ikinci mərhələsi üçün Ərzuruma yola düşüb.
"Səbail" qardaş ölkədə 3 yoxlama oyununa çıxacaq. Paytaxt klubu iyulun 11-də 1-ci Liqa təmsilçisi "Ərzurumspor"la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən "Hatayspor"la qarışlaşacaq.
Qeyd edək ki, "dənizçilər"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.
0
0