DÇ-26: Argentina Avstriya ilə liderlik döyüşündə - YENİLƏNİR
22.06.2026 - 10:55
DÇ-26: Argentina Avstriya ilə liderlik döyüşündə - YENİLƏNİR

2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, turun mərkəzi görüşlərindən birində Argentina millisi Avstriya ilə qarşılaşacaq.

Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Hər iki komanda mundiala qələbə ilə start verib. Argentina ilk turda Əlcəzairi 3:0, Avstriya isə İordaniyanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, J qrupunun digər oyununda İordaniya Əlcəzairlə üz-üzə gələcək.

Dünya çempionatı
J qrupu, II tur
22 iyun

21:00. Argentina – Avstriya