DÇ-26: Ronaldo mundiala başlayır - YENİLƏNİR
17.06.2026 - 13:10
DÇ-26: Ronaldo mundiala başlayır - YENİLƏNİR

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Apasport.az xəbər verir ki, K qrupunda Portuqaliya millisi Konqo DR-lə qarşılaşacaq.

Görüşə Bakı vaxtı ilə iyunun 17-də saat 21:00-da start veriləcək.

Portuqaliya mundialdakı ilk oyununda qələbə qazanaraq turnirə uğurlu başlamağa çalışacaq. Konqo DR isə uzun fasilədən sonra qayıtdığı dünya çempionatında sürprizə imza atmaq istəyəcək.

Bu qarşılaşma K qrupunun ilk turu çərçivəsində baş tutacaq. Qrupun digər oyununda isə Özbəkistan Kolumbiya ilə üz-üzə gələcək.

DÇ-2026
K qrupu
17 iyun

21:00. Portuqaliya – Konqo DR