Futbol üzrə İspaniya millisi Olimpiya çempionu olub
09.08.2024 - 23:23
![Futbol üzrə İspaniya millisi Olimpiya çempionu olub](https://ww3.apasport.az/storage/news/2024/august/09/big/66b66b538edf766b66b538edf8172323105966b66b538edf566b66b538edf6.jpg)
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol turnirinin qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, finalda İspaniya meydan sahibləri ilə qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşdığından əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
0
0