"Mançester Yunayted"dən qələbə, "Barselona" yarımfinalda
26.01.2023 - 01:59
!["Mançester Yunayted"dən qələbə, "Barselona" yarımfinalda](https://ww3.apasport.az/storage/news/2023/january/26/big/63d1a8547e6ac63d1a8547e6ad167468450063d1a8547e6a863d1a8547e6aa.jpg)
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunun yarımfinalının ilk görüşündə qələbə qazanıb.
Apasport.az xəbər verir ki, "Qırmızı şeytanlar" səfərdə "Notinqem Forest"i böyük hesabla məğlub edib – 3:0. Tərəflər arasında cavab oyunu "Old Traford"da keçiriləcək.
İspaniya Kubokunun 1/4 finalında isə "Barselona" öz meydanında "Real Sosyedad"ı qəbul edib. 52-ci dəqiqədə Usman Dembelenin vurduğu qol "Barselona"ya qələbə qazandırıb.
0
0