![Güləşçimiz dünya çempionatının finalında](https://ww3.apasport.az/storage/news/2024/october/24/big/671a6d76c4737671a6d76c47381729785206671a6d76c4735671a6d76c4736.jpeg)
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
57 kq çəki dərəcəsində Jalə Əliyeva ilk mərhələdən yarışa qoşulub. 1/8 finalda ukraynalı Alina Filipoviçi 7:4 hesabı ilə məğlub edən güləşçimiz ardınca türkiyəli Sevim Akbaşdan da üstün olub - 10:0. O, yarımfinalda Sofia Makaluso (ABŞ) ilə üz-üzə gəlib. 10:0 hesabı ilə qalib gələn Jalə adını finala yazdırıb.
62 kq çəki dərəcəsində Ruzanna Məmmədova 1/8 finalda qırğızıstanlı Kalmira Bilimbeklə qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən güləşçimiz ikinci görüşündə Viktoriya Vessoya (Estoniya) uduzub - 1:7.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb.