Heç-heçələrə 3 min əmsallıq UDUŞ
06.12.2022 - 12:35
![Heç-heçələrə 3 min əmsallıq UDUŞ](https://ww3.apasport.az/storage/news/2022/december/06/big/638efeb715499638efeb71549a1670315703638efeb715496638efeb715498.jpg)
Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevərin yeddi oyundan ibarət ekspress kuponu qalib olub.
Better İtaliya D seriyasının matçlarına mərc edib. O, heç-heçə bitəcəyini təxmin etdiyi 7 qarşılaşmaya proqnoz verib.
Bütün görüşlərdə sülh arzulayan müştəri yekunda 3021,67 əmsal toplayıb. Bu da başadüşüləndir. Matçların əmsalları 3,05-3,30 aralığında olub.
O, cəmi 20 rublla (55 qəpik) risk edib. Təxminləri düz çıxan müştəri 60 min 433 rubl (1637,73 manat) uduşa sahib çıxıb.
0
0