Juninyo “Flamenqo” ilə ilk titulunu qazandı
03.02.2025 - 09:55
![Juninyo “Flamenqo” ilə ilk titulunu qazandı](https://ww3.apasport.az/storage/news/2025/february/03/big/67a05837f229667a05837f2297173856159167a05837f229467a05837f2295.webp)
Braziliya Superkubokunun qalibi məlum olub.
Apasport.az xəbər verir ki, həlledici görüşdə “Botafoqo” və “Flamenqo” komandaları üz-üzə gəliblər.
Matç “Flamenqo”nun qələbəsiylə başa çatıb – 3:1.
“Qarabağ”dan Braziliya klubuna keçən Juninyo bu görüşdə 80-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, “Flamenqo” tarixində 4-cü dəfə bu titulu qazanıb.
0
0