ABL: “Sumqayıt” səfərdə məğlub oldu
05.02.2025 - 21:42
ABL: “Sumqayıt” səfərdə məğlub oldu

Azərbaycan Basketbol Liqasında XIV tur davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə bir matç baş tutub.

Yeganə qarşılaşma “Sərhədçi” İdman Mərkəzində keçirilib. B qrupunun görüşündə “Quba” “Sumqayıt”ı qəbul edib.

Qonaq komanda fasiləyə üstün yollansa da, meydan sahibləri son dövrədə oyunda qələbəni təmin edib.

Azərbaycan Basketbol Liqası
XIV tur
5 fevral
B qrupu
19:00. “Quba” – “Sumqayıt” - 90:80 (25:23, 18:24, 21:16, 26:17)

writer photo
Əlirza Əlirzalı
0