"Fənərbaxça" qol oldu, yağdı
05.02.2025 - 23:27
"Fənərbaxça" qol oldu, yağdı

Türkiyə Kubokunun II  turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” doğma meydanda “Ərzurumspor”u qonaq edib.

Görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər matçında isə, “Bodrumspor” “Antalyaspor”dan üstün olmağı bacarıb – 3:1.

Türkiyə Kuboku 
II tur

16:30. “Bodrumspor” – “Antalyaspor” – 3:1
19:00. “Rizespor” – “Ankaragücü” – 2:1
21:30. “Fənərbaxça” – “Ərzurumspor” – 5:0

writer photo
Əlirza Əlirzalı
0