"İmişli" "Karvan"ı 2 qolla keçdi, "Qəbələ" və MOİK-dən 3 xal - YENİLƏNİB
06.02.2025 - 16:54
!["İmişli" "Karvan"ı 2 qolla keçdi, "Qəbələ" və MOİK-dən 3 xal - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2025/february/06/big/67a4ad41ba91767a4ad41ba918173884550567a4ad41ba91567a4ad41ba916.jpg)
Azərbaycan I liqasında XIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Difai” doğma azarkeşlərinin önündə “Qəbələ”ni qəbul edib.
“Ağsu şəhər stadionu”nda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib.
“Qırmızı-qaralar” səfərdə Domi Massumunun 64-cü dəqiqədə vurduğu qolla qələbə qazanıb.
Aran derbisində "İmişli" "Karvan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Günün son matçında isə MOİK "Cəbrayıl"ı (2:1) məğlub edib.
I Liqa
XIII tur
14:00 MOİK - "Cəbrayıl" - 2:1
14:30"İmişli" - "Karvan" - 2:0
14:30. “Difai” – “Qəbələ” – 0:1
0
0