Kuesta “Qalatasaray”da - RƏSMİ
06.02.2025 - 23:22
Kuesta “Qalatasaray”da - RƏSMİ

Qış transferlərini davam etdirən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbula gələn Karlos Kuesta "Qalatasaray"la 3,5 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Qalatasaray" 25 yaşlı müdafiəçi üçün "Genk"ə 8 milyon avro ödəyəcək.

Qeyd edək ki, "cimbom" daha əvvəl Ahmet Kutucu, Alvaro Morata və Mario Lemina ilə müqavilə imzalayıb. 

writer photo
Əlirza Əlirzalı
0