Millimiz heç-heçə edib
11.02.2025 - 02:32
![Millimiz heç-heçə edib](https://ww3.apasport.az/storage/news/2025/february/11/big/67aa7ea2036cb67aa7ea2036cc173922678667aa7ea2036c967aa7ea2036ca.jpeg)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, U-17 BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Millinin heyətində hər iki qolu 37 və 75-ci dəqiqələrdə Xanım Əsədova vurub.
Qeyd edək ki, komandalar arasında fevralın 7-də keçirilən ilk matçda Birləşmiş Ərəb Əmirlikləri seçməsi 2:1 hesablı qələbə qazanıb.
0
0