“Olduqca dramatik oyun alındı. İlk dəqiqələrdə yaxşı çıxış edirdik. Təəssüflər olsun ki, 2 qol buraxdıq. İkinci hissədə futbolçularımız performanslarını daha da artırıb təslim olmadan mübarizə aparırdılar. 3 qol vurduq və çox vacib qələbə qazandıq. Üç gün sonra bizi "Araz-Naxçıvan"la kubok oyunu gözləyir. Qələbəni qeyd etməyə çox da vaxtımız yoxdur. Kubok matçına köklənməliyik".
- İkinci hissədə komandanız daha yaxşı çıxış etdi. Fasilədə futbolçulara nə tapşırıq verdiz?
- Qeyd etmək lazımdır ki, "Qarabağ" çox sıx qrafikdə oynayır. Gözləyirdik ki, ikinci hissədə onlarda temp aşağı düşər. Düzdür, bunu çox da hiss etmədik. Çox fəal idilər. Hər şey bizim üçün uğurlu alındı. İnamlı və əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm.
- Millimiz Avropa çempionatında 20-ci olub
- Azərbaycan çempionatının yarışları Şəmkirdə keçiriləcək
- "Beşiktaş" "Borussiya"nın müdafiəçisi ilə maraqlanır
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- Tahir Gözel: "Lazım olan transferləri gerçəkləşdirməyə hazıram"