![NBA: "Tander"dən növbəti qələbə](https://ww3.apasport.az/storage/news/2025/january/27/big/679726bda3ce4679726bda3ce51737959101679726bda3ce2679726bda3ce3.jpg)
NBA-da müntəzəm mövsüm davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib.
46-cı turun oyununda "Portlend Bleyzers" "Oklahoma Tander"i qəbul edib. Hər iki komandanın 100 xal səddini arxada qoyduğu matçda qonaqlar qələbəyə seviniblər.
Qarşılaşmanın ilk periodu bərabərliklə nəticələnib - 27:27. İkinci və üçüncü periodda üstünlüyə yiyələnən "Tander" hesabda önə keçib. Oklahoma təmsilçisi sonluqda 10 xal fərqlə qələbə qazanıb.
Bununla da, komanda liderliyini davam etdirib. "Bleyzers" isə 24-cü pillədə qərarlaşıb.
NBA
Müntəzəm mövsüm
"Portlend Bleyzers" - "Oklahoma Tander" - 108:118
- Avro 2024-ün qrup mərhələsinin ən yaxşı qapıçısı müəyyənləşdi
- "Sabah" final seriyasında önə keçib
- Stolüstü tennisçilərimiz Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar
- “Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
- Fransa klubu yeni baş məşqçi ilə anlaşdı