Türkiyə klublarının avrokubok matçlarına hakim təyinatları açıqlanıb
28.01.2025 - 13:52
![Türkiyə klublarının avrokubok matçlarına hakim təyinatları açıqlanıb](https://ww3.apasport.az/storage/news/2025/january/28/big/6798a8a4269d66798a8a4269d717380578926798a8a4269d46798a8a4269d5.jpg)
UEFA Avropa Liqasının Liqa mərhələsində "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın son oyunlarını idarə edəcək hakimlər bəlli olub.
Apasport.az xəbər verir ki, "Tvente" - "Beşiktaş" matçını Szymon Marciniak idarə edəcək.
"Midtyullan" - "Fənərbaxça" qarşılaşmasında Luis Qodinyo, "Ayaks" - "Qalatasaray" oyununda isə Jesus Gil Manzano start fitini səsləndirəcək.
Qeyd edək ki, yanvarın 30-u keçiriləcək matçlardan sonra ilk 8-likdə və pley-off mərhələsində mübarizə aparacaq komandalar müəyyənləşəcək. Bütün qarşılaşmalar Bakı vaxtilə 00:00-da başlayacaq.
0
0