Bonuççi "Fənərbaxça"ya "qiymət oxuyur"
09.01.2024 - 15:38
“Fənərbaxça”nın Leonardo Bonuççi transferi düyünə düşüb.
Apasport.az xəbər verir ki, buna səbəb italiyalı müdafiəçinin yüksək məbləğ tələb etməsi səbəb olub.
Belə ki, 36 yaşlı futbolçunun komandanın idman direktoru Mario Brankodan 3 milyon avro maaş istədiyi iddia olunur. Veteran futbolçu ilə danışıqlara davam edən Brankonun arxa xətt oyunçusunu 2 milyon avroya razı salmağa çalışdığı bildirilir.
Qeyd edək ki, mövsümün əvvəlində “Yuventus”dan ayrılaraq Berlin “Union”una keçən Bonuççi iştirak etdiyi 10 matçda 1 dəfə fərqlənib.
0
0