“Vulverhempton” Kunyanın qiymətini təyin etdi
08.02.2025 - 13:57
“Vulverhempton” Kunyanın qiymətini təyin etdi

“Vulverhempton”un hücumçusu Mateus Kunya yayda komandadan ayrıla bilər.

Apasport.az xəbər verir ki, “Arsenal”, “Çelsi”, “Tottenhem”, “Aston Villa” və “Nottinqem Forest” 25 yaşlı braziliyalıya maraq göstərən klublar arasındadır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Komanda futbolçu üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm "Vulverhempton"un heyətində çıxış etdiyi 24 rəsmi matçda 11 qol, 4 assistlə yadda qalıb.

 

writer photo
Əlirza Əlirzalı
0