Sinan Bolat yenidən Türkiyədə
05.02.2025 - 20:53
Sinan Bolat yenidən Türkiyədə

Türkiyə Super Liqası təmsilçilərindən “Kasımpaşa” heyətini daha bir futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda “Vesterlo”da çıxış edən Sinan Bolatı transfer edib

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli qolkiper mövsümün sonuna kimi “Kasımpaşa”da çıxış edəcək.

Xatırladaq ki, 36 yaşlı qapıçı daha öncə Super Liqada “Qalatasaray” və “Kayserispor” formalarını geyinib.

Qeyd edək ki, Sinan bu mövsüm Belçika təmsilçisinin heyətində 11 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0