Emin Ağayev 90 dəqiqə oynadı
21.04.2008 - 11:44
Emin Ağayev 90 dəqiqə oynadı
Tver. Mehman Süleymanov – APA-Sport. Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayevin çıxış etdiyi Rusiyanın “Volqa” klubu yeni mövsümə qələbə ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiya çempionatının ikinci divizionunun Qərb zonasında çıxış edən Tver təmsilçisi ilk turda öz meydanında Moskvanın “Torpedo-RQ” klubunu 2:0 hesabı ilə məğlub edib. E.Ağayev bu matçda 90 dəqiqə oynayıb. Qeyd edək ki, bu, 35 yaşlı futbolçumuzun yeni klubunda rəsmi debütü olub.
0