Ramin Musayev: “Simurq”a “Neftçi”ni büdrətmək, “Masallı”ya isə “Olimpik”ə xal vermək tapşırılmışdı”
21.04.2008 - 15:15
Onun sözlərinə görə, hesabat turunda komandasının “Simurq”lar səfər matçında vacib iki xal itirməsinə baxmayaraq, çempionluq şansı azalmayıb: “Liderlə xal fərqi 6-ya yüksəlsə belə, şanslar yenə bərabərdir. Qızıl medallar uğrunda sonadək mübarizə aparacağıq. “Olimpik”i indidən çempionluq münasibətilə təbrik etmək düzgün olmazdı”. R.Musayev Qaxda keçirilmiş görüşdə xal itirmələrini daha çox bəxt amili ilə bağlayıb. Vitse-prezidentin fikrincə, “Simurq” rəhbərliyi matçdan əvvəl “Neftçi”ni büdrətmək tapşırığı alıb: “Rəqib 90 dəqiqə müdafiədə oturdu və oyun ərzində cəmi iki hücum təşkil etdi. Çünki qarşılarına komandamızı büdrətmək vəzifəsi qoyulmuşdu. “Masallı”ya isə “Olimpik”ə xal vermək tapşırılmışdı. Hər iki komanda üzərinə düşən vəzifəni yerinə yetirdi”.
0
0