“Gənclərbirliyi” 20 həftədən sonra qol vurub
21.04.2008 - 15:17
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Sumqayıtın “Gənclərbirliyi” klubu 2008-ci ildə ilk dəfə qol vurub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının 22-ci turunda “Turan”la heç-heçə (1:1) edən Sabir Əliyevin yetirmələri iki uğursuz seriyanı dayandırıb. Ötən il oktyabrın 7-də keçirilən 8-ci turun görüşündə ABN klubuna qalib gələn (4:0) sumqayıtlılar ardıcıl 14 matç idi ki, meydanı məğlubiyyətlə tərk edirdi. İki kubok və 12 Premyer Liqa oyunundan xalsız ayrılan “Gənclərbirliyi” son qolunu da ötən il vurmuşdu. Birinci dövrənin son oyununda “Standard”a 1:5 hesabı ilə məğlub olduqdan sonra S.Əliyevin komandası rəqib qapısına yol tapa bilmirdi. Dekabrın 1-də keçirilən görüşün son dəqiqəsində vurulan qoldan 140 gün sonra “Turan”la oyunda bu uğursuz seriya qırılıb.
Qeyd edək ki, komandasının 20 həftəlik qolsuzluğuna son qoyan İsmayıl Məmmədov 4 illik fasilədən sonra yenidən “Gənclərbirliyi”nin azarkeşlərinə qol sevinci yaşadıb. 32 yaşlı yarımmüdafiəçi komandası birinci dəstədə çıxış etdiyi 2003/04 mövsümündə bu komandanın heyətində qol vurmuşdu.

0
0