Fazil Əsədov: “Komandamızın “Olimpik”ə xal verəcəyini bir aydır eşidirdim”
21.04.2008 - 15:54
Fazil Əsədov: “Komandamızın “Olimpik”ə xal verəcəyini bir aydır eşidirdim”
Lənkəran. Mehman Süleymanov – APA-Sport. “Komandamızın “Olimpik”ə xal verəcəyini bir aydır eşidirdim. Əslində, bunlar boş söhbətlərdir. Biz bilərəkdən uduzmamışıq və belə bir tapşırıq da almamışıq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Masallı” klubunun baş məşqçisi Fazil Əsədov deyib. Onun sözlərinə görə, hesabat turunda “Olimpik”ə qəsdən uduzmaları (1:2) ilə bağlı deyilənlər əsassızdır: “Biz “Neftçi” ilə görüşdə də xal qazanmağa yaxın olsaq da, sonda uduzduq. Belə çıxır ki, bu oyunu da vermişdik? “Masallı” məgər liderlər qrupunda yer alıb ki, güclü rəqiblərlə görüşlərdə mütləq xal qazansın?” F.Əsədov hesabda 1:0 irəlidə olan zamanı penalti zərbəsi dəqiq yerinə yetirməməklə bağlı göstəriş vermədiyini deyib. Məşqçi zərbəni hücumçu Vüqar Nadirova başqa şeyi tapşırıb: “Zərbəni kimin vuracağı ilə bağlı Vüqarla Boris Qonçarov arasında mübahisə düşdü. Qonçarovda özünəinam hissi böyük idi. Sadəcə, ikinci dövrədə komandamıza gələn Nadirovun qol vurmadığını nəzərə alıb, onun ayağının açılmasını istədim. Mən nə Vüqara zərbəni dəqiq yerinə yetirməməyi, nə də futbolçulara oyunu verməyi tapşırmışam”.
0